reklam
Azərbaycanın millisi yarımfinalda Qazaxıstanla qarşılaşacaq -
Sportfm.az xəbər saytı

Azərbaycanın millisi yarımfinalda Qazaxıstanla qarşılaşacaq -Dünya çempionatı


Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində bu gün Qazaxıstan komandası ilə üz-üzə gələcək.

Sportfm.az xəbər verir ki, yığmalar iki qarşılaşma keçirəcəklər.

Yekunda qalıb bəlli olmasa, sabah taybreykdə finala yüksələn tərəf müəyyənləşəcək.

Digər yarımfinal görüşündə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası Çinlə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Oxşar xəbərlər

Şahmatçılarımız dünya çempionatında
Yığmamız Özbəkistanla qarşılaşacaq - Dünya çempionatı
Azərbaycan millisi Gürcüstana qalib gəldi
Azərbaycan millisi Gürcüstanla heç-heçə etdi
Şahmatçılarımız dünya çempionatına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər