reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi -Premyer Liqa


Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatıb.
Sportfm.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilib.

İlk oyun günündə əvvəlcə "Karvan-Yevlax" "Kəpəz"i qabul edib. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirib. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Gəncə təmsilçisi sonuncu yerdən qurtulub. Komanda "Karvan-Yevlax" və ehtiyatda bir oyunu olan "Qəbələ"ni qabaqlayaraq 10-cu pilləyə yüksəlib.

Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Bir oyun az keçirən "Qarabağ"ın hazırda 23, "Sumqayıt"ın isə 20 xalı var. Azarkeşlərin maraqla gözlədiyi görüşün start fiti saat 19:00-da veriləcək.

21 noyabr (cümə)

14:00. “Karvan-Yevlax” – “Kəpəz” - 1:2

Qollar: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2)

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Yevlax şəhər stadionu

Oxşar xəbərlər

İki klub yenilənən stadionda üz-üzə gəlir - YENİLƏNİR
"Zirə" “Karvan-Yevlax"a qalib gəldi
“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı - Premyer Liqa
“Karvan-Yevlax” 0–2 “Sabah” - VİDEO
“Karvan” “Sabaha, “Qəbələ” “Şamaxı”ya qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər