reklam
“Karvan” “Sabaha, “Qəbələ” “Şamaxı”ya qarşı -
Sportfm.az xəbər saytı

“Karvan” “Sabaha, “Qəbələ” “Şamaxı”ya qarşı -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, turun son oyun günündə iki matç keçiriləcək.

“Sabah” Şamaxıda “Karvan-Yevlax”ın qonağı olacaq. Yevlax klubu hazırda 5 xalla turnir cədvəlində 10-cudur. 1 oyun az keçirən “Sabah” isə 8 xalla 6-cı pillədə qərarlaşıb.

Turun son matçında isə “Qəbələ” doğma divarlar arasında “Şamaxı” ilə üz-üzə gələcək. Komandaları hazırda turnir cədvəlində 2 xal ayırır. “Qəbələ” 4 xalla 11-ci, “Şamaxı” isə 6 xalla 9-cu yeri turur.

Qeyd edək ki, bu oyunlardan sonra Misli Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. 8-ci tur oktyabrın 17-də start götürəcək.

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Şamaxı şəhər stadionu

17:30. “Qəbələ” - “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

3 oktyabr

“Zirə” - “Neftçi” - 2:2

“Araz-Naxçıvan” - “İmişli” - 2:0

4 oktyabr

“Sumqayıt” - “Turan Tovuz”- 0:3

“Qarabağ” - “Kəpəz” - 1:0

Oxşar xəbərlər

“İmişli” “Araz Naxçıvan”a, “Neftçi” “Zirə”yə qarşı - Premyer Liqa
"Şamaxı" "Araz-Naxçıvan"a, "Neftçi" "Karvan"a qarşı - Premyer Liqa
"Şamaxı" "Karvan"a qalib gəldi
"İmişli" "Sumqayıt"a, "Turan Tovuz" "Qəbələ"yə qarşı - Premyer Liqa
“İmişli” “Turan Tovuz”a, “Neftçi” “Şamaxı”ya qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər