reklam
Sportfm.az xəbər saytı

"Zirə" “Karvan-Yevlax"a qalib gəldi


Misli Premyer Liqasında 10-cu tur davam edir.

Sportfm.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

“Karvan-Yevlax” Şamaxıda “Zirə”ni qəbul edib. "Zirə" əvvəlcə hesabda geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanmağı bacarıb. 10 turdan sonra 5 xalı olan Yevlax klubu 11-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 19 xalla 2-cidir.

Digər qarşılaşmada “Neftçi” “Kəpəz”i sınağa çəkəcək. Hazırda “ağ-qaralar” 12 xalla turnir cədvəlində 8-ci yeri tutur. Çempionatda mövsümdə ilk dəfə ardıcıl ikinci qələbəsini qazanacağı halda “Neftçi” turnir cədvəlində iki pillə irəliləyəcək. “Kəpəz” isə 3 xalla sonuncudur.

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (şənbə)

14:00. “Karvan-Yevlax” - “Zirə” - 2:3

Qollar: İ.Barker, 29 (1:0), B.Konate, 57 (1:1), K.Spensi, 62 (2:1), L.Mikels, 74 (2:2), A.Qomis, 87 (2:3)
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Şamaxı şəhər stadionu

Oxşar xəbərlər

“Karvan-Yevlax” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qarşı - Premyer Liqa
“İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa
“Karvan-Yevlax” 0–2 “Sabah” - VİDEO
“Karvan” “Sabaha, “Qəbələ” “Şamaxı”ya qarşı - Premyer Liqa
"Zirə" minimum fərqlə qalib gəldi - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər