reklam
“Qarabağ” azarkeşlərinə nə qədər yer ayrıldı?
Sportfm.az xəbər saytı

“Qarabağ” azarkeşlərinə nə qədər yer ayrıldı?


UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) - “Qarabağ” matçını "Stadio Diego Armando Maradona"da izləmək istəyən Ağdam klubunun azarkeşləri üçün ayrılmış vauçerlər satışa çıxır.

Sportfm.az xəbər verir ki, vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.

Biletlərin qiyməti 110 AZN-dir.

Vauçerləri ilkin olaraq iTicket.az-da əldə etmək mümkündür. Oyun gününə qədər biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.

"Qarabağ" azarkeşləri üçün "Stadio Diego Armando Maradona"da 2480 yer ayrılıb.

Ayrılmış sektorlara giriş "Gate 26" vasitəsilə olacaq.

Klubunun açıqlamasında bildirib ki, azarkeşlər e-mail ünvanının düzgün yazılmasından əmin olmalıdır və biletlər yalnız göstərilən e-mail ünvanına göndəriləcək.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 26-ı Bakı vaxtı ilə 00:00-da, yerli vaxtla isə (İtaliya) 25 noyabr saat 21:00-da start götürəcək.

Oxşar xəbərlər

“Qarabağ”ın azarkeşlərinə neçə yer ayrıldı?
"Qarabağ"ı səfərdə dəstəkləmək istəyənlər üçün 1106 yer ayrıldı
“Qarabağ” azarkeşləri üçün 306 yer ayırıldı
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
“Qarabağ”ın oyununa biletlər satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər