Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
“Qarabağ” azarkeşləri üçün 306 yer ayırıldı
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Şelburn” (İrlandiya) – “Qarabağ” matçını Dublindəki “Tolka Park” stadionunda izləmək istəyən qonaq azarkeşlər üçün ayrılmış 306 vauçer bu gün satışa çıxarılacaq.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Biletlər saat 15:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışda olacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “E” sektoru qarşısında biletə dəyişməlidir. Biletlərin qiyməti böyüklər üçün 25 avro, uşaqlar və tələbələr üçün isə 20 avrodur.
“Qarabağ”ın azarkeşləri üçün “Tolka Park” stadionunda 306 yer ayırılıb.
Vauçerləri əldə edən şəxslər şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdən sonra onları biletə dəyişə biləcəklər. Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.
“Şelburn” – “Qarabağ” oyunu iyulun 23-də, saat 22:45-də start götürəcək. Qurban Qurbanovun komandası bu gün çarter reysi ilə Dublinə yollanacaq.

Oxşar xəbərlər
“Qarabağ”ın oyununa biletlər tükəndi
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışda
“Qarabağ”ın səfər oyununa biletlər satışda
“Qarabağ”la matçda biletin qiyməti 24 manat olacaq
"Qarabağ" azarkeşlərə müraciət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin