reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır


Misli Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 19:00-dan etibarən satışda olacaq.

Sportfm.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 19:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" qarşılaşması 22 fevral tarixində, saat 19:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Oxşar xəbərlər

"Qarabağ" - “Şamaxı” oyunun biletləri satışda
“Qarabağ” - “Ayaks" oyununun biletləri satışda
“Qarabağ”ın oyununa biletlər satışda
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
“Qarabağ” – “Səbail” matçının biletləri satışda - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər