reklam
Güləşçilərimizdən tarixi uğur -
Sportfm.az xəbər saytı

Güləşçilərimizdən tarixi uğur -Dünya çempionatı


Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatında güləşçilərimiz 7 medal qazandı.

Sportfm.az xəbər verir ki, oktyabrın 20-dən 27-dək davam edən ilin son mundialında təmsilçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə tarixi uğura imza atdılar. Belə ki, bu nəticə 2017-ci ildən bu yana keçirilən U23 dünya çempionatları tarixi boyunca medalların əyarına görə ən yaxşı nəticəmizdir.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dan (5-2-4) sonra 4-cü yeri tutdu.

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Oxşar xəbərlər

Güləşçimiz dünya çempionu oldu - Uğur
Ziya Babaşov dünya çempionu oldu
İdmançımız gümüş medal qazandı - Dünya çempionatı
Daha 5 güləşçimiz dünya çempionatında uğura imza atdı
Millimizdən tarixi uğur - Dünya çempionu oldular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər