Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdmançımız gümüş medal qazandı -Dünya çempionatı
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, 109 kq çəki dərəcəsində "körpücük" üzərinə çıxan atlet birdən qaldırmada 183 kq-ı ram edərək dördüncü olub.
Dadaş təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.
Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.
Qeyd edək ki, Dadaş ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticə nail olan ağırlıqqaldıran olmuşdu.

Oxşar xəbərlər
İdmançımız 3 gümüş medalı boynundan asdı
İdmançımız Avropa çempionu oldu
İdmançımız bürünc medal qazandı - Dünya çempionatı
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
Heydərov 3 qızıl medal qazandı - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası