Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçimiz dünya çempionu oldu -Uğur
Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycanın daha 2 güləşçisi turnirdə fəxri kürsüyə qalxıb.
Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.
Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kq) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabıyla üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.
Yunan-Roma güləşi üzrə yarışın bitməsinə 1 gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb. Belə ki, millimiz ilk dəfə U23 dünya çempionatında 2 qızıl medal qazanıb. Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxşar xəbərlər
Ziya Babaşov dünya çempionu oldu
İki güləşçimiz dünya çempionatında medal qazandı
Güləşçimiz Avropa çempionu oldu
İki güləşçimiz dünya çempionu oldu
Daha iki güləşçimiz Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası