reklam
Daha 5 boksçusu 1/4 finala yüksəldi -
Sportfm.az xəbər saytı

Daha 5 boksçusu 1/4 finala yüksəldi -Avropa çempionatı


Azərbaycanın daha 5 boksçusu Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.

Sportfm.az xəbər verir ki, Babək Abdullayev (40 kq) 1/8 finalda Unai Lopes Kasalı (İspaniya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, növbəti qarşılaşmasında Etan Munronu (Şotlandiya) sınağa çəkəcək.

Onur Qurbanov (42 kq) Mikolaj Rondosdan (Polşa) güclü olub – 4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27). Boksçumuz 1/4 finalda Arkan Zoubi (İsrail) ilə gücünü yoxlayacaq.

Vaqif Məhəmmədli (44 kq) də rinqdən qalib ayrılıb. O, Kristian Varadi (Macarıstan) ilə döyüşü aktivinə yazıb. Təmsilçimiz 1/4 finalda Tomas Katanaçla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.

Elcan Musazadə (50 kq) Avropa çempionatında ikinci qələbəsini rəsmiləşdirib. Milli üzvü bu dəfə Vladimir Xvistanidən (Gürcüstan) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Tobais Viçeniklə (Çexiya) üz-üzə gələcək.

Amid Ələkbərov (60 kq) isə vaxtından əvvəl görüşü xeyrinə bitirib. Boksçumuz Maksim Stetsə (Estoniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Ələkbərov 1/4 finalda İsmayıl İsmayılovla (Ukrayna) qüvvəsini sınayacaq.

32 ölkədən 369 idmançının qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Oxşar xəbərlər

Boksçularımız qələbə ilə başladı - Avropa Çempionatı
İki boksçumuz 1/8 finalda - Avropa çempionatı
Boksçularımız Avropa kubokunun yarımfinalında
Zidan Hümbətov 1/4 finalda - Avropa birinciliyi
Boksçumuz 1/4 finalda - Avropa birinciliyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər