Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
İki boksçumuz 1/8 finalda -Avropa çempionatı
Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub.
70 kq-da Rza Rzayev Qleb Herdtlə (İsrail) qarşılaşıb. Boksçumuz 1/16 final çərçivəsində rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə ilk mərhələdən azad olan Akaki Basaria (Gürcüstan) üz-üzə gələcək.
Abbasqulu Şadlinski (75 kq) də Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz 1/16 finalda Gerasimos Tzavarosdan (Yunanıstan) güclü olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçini (Albaniya) sınağa çəkəcək.
Hər iki boksçumuz 1/8 final döyüşünə oktyabrın 2-də çıxacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

Oxşar xəbərlər
Boksçumuz dünya çempionatına qələbə ilə başladı
Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında
Boksçumuz 1/4 finalda - Avropa birinciliyi
3 boksçumuz Avropa birinciliyində mərhələ adladı
Daha 3 boksçumuz Avropa çempionatında qələbə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin