reklam
Boksçumuz tarix yazdı -
Sportfm.az xəbər saytı

Boksçumuz tarix yazdı -İlk


Bilalhəbaşi Nəzərov Azərbaycan boks tarixinə düşüb.
Sportfm.az xəbər verir ki, millinin 18 yaşlı üzvü Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanaraq, gənclər arasında 2 dəfə bu titulu əldə edən ilk Azərbaycan boksçusu olub.

Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələn Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.

Çexiyadakı Avropa çempionatı qız boksçular üçün də əlamətdar olub. Ölkə tarixində ilk dəfə komanda medal, özü də ikisini birdən qazanıb. İlkin Ağayevin baş məşqçisi olduğu millidə Banuçiçək Nəsirli (48 kq) gümüş, İlkanə Əhmədova (+80 kq) bürünc mükafata yiyələnib.

U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal qazanmaqla 16 illik tilsimi də qırıb. Bu, 13 qitə birinciliyindən sonra reallaşıb.

Qeyd edək ki, yığmanın digər medallarını Zidan Hümbətov (55 kq) və Sübhan Babayev (60 kq) qazanıb. Onlar Avropa çempionatında 3-cü yeri tutublar.

Oxşar xəbərlər

Boksçularımız AÇ-ni 5 medalla başa vurdu
İki boksçumuz finalda - Avropa çempionatı
Yığmamızın heyəti açıqlandı - SİYAHI
Azərbaycan boksçuları 9 medal qazandı - Beynəlxalq turnir
Millimiz Avropa çempionatında rekordunu yenilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər