reklam
Karateçilərimizdən dünya çempionatında 5 medal
Sportfm.az xəbər saytı

Karateçilərimizdən dünya çempionatında 5 medal


Azərbaycan idmançıları ənənəvi karate üzrə dünya çempionatında 5 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Yaponiyanın paytaxtı Tokioda baş tutan yarışda qurumun ənənəvi karate üslubları birliyinin sədri Əhməd Əfəndinin rəhbərliyi altında yeddi idmançı mübarizə aparıb.

15 yaşadək kadetlər arasında Ayxan Şabanzadə üçüncü olub. Gənclərdən Salman Salmanov (kata) qızıl mükafata sahib çıxıb.

Böyüklərdən İmran Quluzadə (74 kq) gümüş, Mehman Eynalov (+75 kq) bürünc medal qazanıb.

Komanda kumite yarışında Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə, Mehman Eynalov ibarət kollektiv bürünc mükafata yiyələnib.

Oxşar xəbərlər

İdmançımızdan dünya çempionatında növbəti medal
Karateçilərimiz dünya çempionatında 4 medal qazandı
Daha iki cüdoçumuzdan bürünc medal - Avropa çempionatı
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Sumqayıtlı azyaşlı karateçilər İranda 14 medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər