Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Batut gimnastlarımızdan 6 medal -MDB Oyunları
Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunlarının proqramına daxil olan batut gimnastikası üzrə yarışlar keçirilib.
Sportfm.az xəbər verir ki, nüfuzlu turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tacikistan, Rusiya və Belarus olmaqla, ümumilikdə 7 ölkədən 43 gimnast mübarizə aparıb. Yarışlar fərdi, sinxron və komanda proqramlarında təşkil olunub.
Azərbaycanı qadın gimnastlar arasında Almaniyada dünya rekordunu yeniləmiş Selcan Mahsudova, eləcə də Şəfiqə Hümbətova və Vəfa Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Mahsudov və Mehdi Əliyev təmsil ediblər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, yerli kollektiv 6 proqram üzrə finala vəsiqə qazanıb: kişilər və qadınların fərdi proqramında, kişilərin komanda yarışında, kişi və qadın cütlüklərin sinxron çıxışında, həmçinin qarışıq sinxron proqramda.
Finallarda azərbaycanlı gimnastlar kişilər arasında komanda hesabında gümüş medal əldə ediblər. Kişilər arasında fərdi proqramda milli üzvü Maqsud Mahsudov qızıl, qadınlar arasında Selcan Mahsudova bürünc medalın sahibi olub.
Qadınlar arasında sinxron proqramda Selcan Mahsudova və Şəfiqə Hümbətova bürünc, kişilər arasında sinxron proqramda Maqsud Mahsudov və Hüseyn Abbasov bürünc medal, qarışıq cütlükdə Selcan Mahsudova və Maqsud Mahsudov gümüş medala layiq görülüblər.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə iştirak ediblər.
Üç gün davam edən bu mötəbər yarış azərbaycanlı gimnastların ümumilikdə 6 medal qazanması ilə yadda qalıb.

Oxşar xəbərlər
Gimnastlarımızdan qızıl və bürünc medallar - III MDB Oyunları
Azərbaycan qızıl və bürünc medal qazandı - Avropa çempionatı
Yığma komandamızdan 3 medal
Gimnastlarımız beynəlxalq yarışda medal qazandı
Azərbaycanlı idmançılar açıq slavyan oyunlarında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin