Azərbaycanlı idmançılar açıq slavyan oyunlarında
Minskdə batut gimnastikası üzrə açıq Slavyan Oyunları keçirilib. Azərbaycan gimnastlarının da iştirak etdiyi yarışlarda 11 ölkənin təmsilçiləri 11-12, 13-14, 15-16, 17 və daha böyük yaş kateqoriyasında çıxış ediblər.
Sportfm.az xəbər verir ki, batutçularımız həm sinxron, həm də fərdi proqramda hesaba medal yazdırmağa müvəffəq olublar. Belə ki, Oleq Piunov-İlya Qrişunin cütlüyü sinxron proqramda yalnız ev sahibi komandasından geri qalıb. Kişi cütlüyümüz 49.765 xalla gümüş medal əldə edib. İlya fərdi proqramda da uğurlu çıxış nümayiş etdirərək, həlledici mərhələdə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Qadın cütlüyümüz Svetlana Makştaryova və Veronika Zemlyanaya sinxron proqramda medal qazana bilməsələrdə (5-ci yer), Veronika fərdi proqramda ilk üçlükdə yer alaraq, şəxsi hesabına bürünc medalı daxil edib.
Heyətimizdə yer alan ən gənc batutçumuz Selcan Mahsudovanın bu oyunlardakı çıxışını isə komandamız üçün ən yaddaqalan hesab etmək olar. Belə ki, fərdi proqramda gənclər arasında mübarizəyə qatılan gimnastımızın yetəri qədər özünə inamlı çıxışlar nümayiş etdirməsi ona beynəlxalq arenada ilk medalını qazandırıb. Selcan 50.290 xalla, turnirin bürünc mükafatına layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycan qızıl və bürünc medal qazandı - Avropa çempionatı
AGF ilin ilk dünya kubokuna hazırlaşır
Batutçularımız dünya çempionatında çıxışlarını yekunlaşdırdı
Azərbaycan gimnastlarının ən böyük uğuru 7-ci yer oldu
Gimnastlarımız üç medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Oyunların vaxtı açıqlandı - Azərbaycan kuboku















Misli Premyer Liqası