Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gimnastlarımız beynəlxalq yarışda medal qazandı
Niderlandda batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open" yarışı keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən ən yaxşı nəticəni 13-14 yaşlı gimnastlar arasında Maqsud Mahsudov göstərib. O, fərdi batut yarışlarında 95.060 xalla 1-ci yerə layiq görülüb.
Mahsudovla eyni yaş qrupundakı Hüseyn Abbasov isə 94.450 xalla 2-ci olub. Böyüklər arasında ölkəni Selcan Mahsudova təmsil edib. İcra etdiyi proqrama görə 101.450 xal alan gimnast 2-ci yeri tutub.
1-ci və 3-cü yerlərə isə Almaniyadan olan gimnastlar yiyələnib.
Oxşar xəbərlər
Azərbaycan qızıl və bürünc medal qazandı - Avropa çempionatı
Yığma komandamızdan 3 medal
Gimnastlarımız finala vəsiqə qazandı - Avropa çempionatı
Bakıda Belarus yığmasına qızıl medal verildi - FOTO
İdmançımız Avropa Çempionatının yarımfinalında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası