reklam
Abdullah Zubirdən 70-ci qol
Sportfm.az xəbər saytı

Abdullah Zubirdən 70-ci qol


Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub.
Sportfm.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 6-cı turuna təsadüf edib.

O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubunda 70-ci qolunu 322-ci oyununda vurub.

Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

Oxşar xəbərlər

Zubir 300-ə çatdı
Abdullah Zubir üçün əlamətdar qol
Zubirin "Qarabağ"da 50-ci qolu
Zubir "Neftçi" ilə matçda bunu etdi
Zubirdən yubiley qolu - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər