reklam
Zubirdən yubiley qolu -
Sportfm.az xəbər saytı

Zubirdən yubiley qolu -Azərbaycan Premyer Liqası


“Qarabağ”ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.

Sportfm.az xəbər verir ki, O, 6-cı turun “Qəbələ” ilə görüşündə (2:0) fərqlənib. 30 yaşlı fransalı yarımmüdafiəçinin yubiley qolu 73-cü matçına təsadüf edib. Onun orta məhsuldarlığı 0,27-yə bərabərdir.

Zubir 2018/19 mövsümündə 6, 2019/20 mövsümündə 5, 2020/21 mövsümündə 7, cari çempionatda isə 2 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, Zubir ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-dəki ev oyununda (4:1) dubla imza atıb.

 

Oxşar xəbərlər

Zubirin "Qarabağ"da 50-ci qolu
Zubir "Neftçi" ilə matçda bunu etdi
Fransalı futbolçu Vaqif Cavadova çatdı - Qol sayı
“Sabah”ın yubiley qolu - Premyer Liqa
25 yaşlı Amildən 25-ci qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər