reklam
Bakıda daha bir meydançanın açılışı oldu
Sportfm.az xəbər saytı

Bakıda daha bir meydançanın açılışı oldu


“FİFA Arena” layihəsi çərçivəsində 138 saylı tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirdə federasiyanın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, qurumun rəsmi şəxsləri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Fərrux İsmayılov layihənin önəmindən bəhs edib, iştirakçılara yeni tədris ilində uğurlar arzulayıb.

AFFA dünyada “FİFA Arena” layihəsini tamamlayan ilk 11 ölkə arasında yer alır. Milli assosiasiya bundan öncə layihə çərçivəsində 247 saylı tam orta məktəbin ərazisində də meydança inşa edib. Bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.

Oxşar xəbərlər

Şevçenko futbol meydanşasının açılışında - FOTO
Andrey Şevçenko Bakıya gəldi
Fərrux İsmayılov və kateqoriyalı məşqçi kursları FOTO
“Qızlar Futzal Kuboku” turniri keçirildi - FOTO
Tülü kəndinin komandası birinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər