reklam
Atletlər Komissiyasının tərkibində dəyişiklik oldu
Sportfm.az xəbər saytı

Atletlər Komissiyasının tərkibində dəyişiklik oldu


Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının tərkibində dəyişiklik olub.

Sportfm.az xəbər verir ki, qurumun iclası MOK-un inzibati binasında keçirilib.

Toplantını giriş sözü ilə açan MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının həyata keçirdiyi layihələr barədə məlumat verib.

İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyanın sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib. Taekvondoçu indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvüləri kimi fəaliyyət göstərəcəklər.

Oxşar xəbərlər

MOK-un Atletlər Komissiyasının yeni tərkibi bilindi
Rüstəm Orucova böyük etimad - Təyinat
Tanınmış idmançılar MOK-da bir araya gəldi - FOTO
İlham Zəkiyevə yeni vəzifə verildi
İslam oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər