Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İslam oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, onları Oyunların Əməliyyat Komitəsi bir araya gətirib. Ulduz səfirlər müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və "Muğam müsabiqəsi-2011"in qalibi Mirələm Mirələmovdur.
İdmançı səfirlər olaraq Azərbaycanı Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvondo), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atletika) və Aynur Rzayeva (boks) təmsil edəcək. Proqrama yerli atletlərlə yanaşı, əcnəbi idmançılar da qoşulub. Hələlik onların təsdiqlənmiş sayı 16-dır.
Oxşar xəbərlər
Rafael Ağayev, Rüstəm Orucov, Fəridə Əzizova və Hacı Əliyev - İdmançı səfirlər
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək
İslam Oyunlarının biletləri satışa çıxarıldı
Azərbaycanda ilin ən yaxşıları müəyyənləşdi
Rio-2016: Azərbaycanı təmsil edəcək idmançıların siyahısı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











.jpg)
Misli Premyer Liqası