Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şevçenko Bakıya gəlir
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu sentyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna komandası ilə keçirəcək.
Sportfm.az idman.biz-ə istinadən xəbər verir ki, bu matça Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2004-cü il "Qızıl top"un sahibi Andrey Şevçenkonun da gələcəyi gözlənilir.
Bildirilir ki, AFFA məşhur futbol adamının Bakı səfəri üçün proqram hazırlayıb.
Qeyd edək ki, Şevçenko 2024-cü il yanvarın 25-dən Ukrayna Futbol Assosiasiyasına rəhbərlik edir. O, futbolçu kimi karyerasının böyük hissəsini "Milan"da keçirib, baş məşqçi kimi isə Ukrayna yığması və "Cenoa"nı çalışdırıb.

Oxşar xəbərlər
Hamı ona səs verdi, özü isə bitərəf qaldı - Seçki
Şevçenko Futbol Federasiyasının prezidenti oldu
Şevçenko Azərbaycan yığmasını bəyənmədi
Andrey Şevçenko: "Xal itkisini ağlımızdan keçirmirik"
Ukrayna millisi boş tribunalar önündə oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası