Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şevçenko Azərbaycan yığmasını bəyənmədi
Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.
Sportfm.az sportinfo.az-a istinadən xəbər verir ki, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.
Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.
Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev “Dinamo”su və “Milan”dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.
O, Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti olmağa hazırlaşdığını, bir daha məşqçi olaraq çalışmağı planlaşdırmadığını bildirib.

Oxşar xəbərlər
Şevçenko Futbol Federasiyasının prezidenti oldu
AFFA-da işçi qrupunun tərkibi bilindi - adlar qorxuya saldı
AFFA prezidenti milli komanda ilə görüşdü - FOTO
AFFA prezidenti Canni De Byazi ilə görüşdü - FOTO
AFFA rəhbərliyi İnfantino ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası