Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya futbolunda Neymar şoku
Fransanın "Pari Sen-Jermen" klubu İspaniyanın "Barselona" klubunun braziliyaldı ulduzu, Braziliyanın San-Pulu ştatındakı Moqi das Kruzes bölgəsindən olan Neymar üçün 259,4 milyon dollar ödəməyə hazırlaşır.
25 yaşlı futbolçu PSJ-də həftədə 650 min dollar maaş alacaq.
Sportfm.az saytı xarici mətbuata istinadən bildirir ki, PSJ klubu Qətərin "Qatar Sports Investments " (YSİ) Fonduna məxsusdur. Bu fondun hesablarında 194 milyard dollar var.
Anlaşmanın şərtlərinə görə, Neymarın illik maaşı 41,2 milyon dollar təşkil edəcək.
QSİ fondu Neymarı transfer etməklə PSJ-nin Avropanın ən nüfuzlu futbol turniri sayılan Çempionlar Liqasında qələbəsini təmin etmək istəyir. PSJ indiyədək ÇL-də qalib olmayıb.
Neymarın transferi dünya futbolunda yeni rekorddur. Əvvəlki rekord "Mançester Yunayted"in İtaliyanın "Yuventus" klubundan fransalı Pol Poqbanı satın alması idi.
Neymar dünya futbolunda Lionel Messi və Kriştianu Ronaldudan geri qalsa da, sosial şəbəkələrdə "lider"dir. Onun İnstagram-dakı profilinin 78 milyon, Twitter-dəki mikrobloqunun isə 30,5 milyon daimi təqibçisi var.
Üstəlik, Neymar populyar reklam "sima"sıdır. Onun dahi basketbolçu Maykl Cordan və "Nike" brendi ilə birgə "Air Jordan v Neymar" istehsal xətti də var.
Moqi das Kruzesdə doğulan, əsl ad və soyadı Neymar da Silva Santos Junior olan Neymar sabiq futbolçu Neymar Santos və Nadinin övladıdır.
O, vətəni Braziliyada həddən ziyadə populyardır.
Neymarın ilk xanımı Kerol Dantas idi. 19 yaşı olanda bu xanımla yaşamağa başlamış Neymarın həmin izdivacda David Lukka adlı oğlu doğulub.
2013-cü ldə Keroldan ayrılan Neymar o vaxtdan indiyədək braziliyalı aktrisa və model, 21 yaşlı Bruna Markesinlə birlikdədir.
4 il əvvəl "Barselona"nın satın aldığı Neymarın klubla imzalıdığı müqavilənin müddəti 2021-ci ildə bitəcəkdi.
"Barsa"nın prezidenti Xose Bartomu "Neymarı saxlamaq üçün əlimizdən gələni edəcəyik" deyib. Fəqət, Neymar dünən PSJ-də tibbi müayinədən keçib, sonra isə klubun prezidenti Nəsir əl Xəlaifi ilə görüşüb.
"Barselona"dakı mənbələrin dediklərinə görə, klub Qətərin QSİ fondunun "vicdansız" davranışından UEFA-nın "Financial Fair Play" komissiyasına şikayətlənmək niyyətindədir.
"Barsa" onu da bəyan edib ki, Neymarla müqavilənin vaxtının bitməsinə hələ çox qaldığından, onu satın almaq istəyən klub 222 milyon avro ödəməlidir.
Neymarın meneceri Vaqner Ribeyrunun dediyinə görə, QSİ fondu bu pulu "Barselona"ya verməyə hazırdır
Oxşar xəbərlər
Transferdən vaz keçdilər - Neymar lazım olmadı
Neymarın transfer qiyməti düşdü
Neymar "Barselona"dan 26 milyon avro alacaq
“Barselona” Neymar üçün yeni təklif göndərdi
“Barsa”nın Neymara görə çıxış yolu - Messini aldadıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin