reklam
“Barsa”nın Neymara görə çıxış yolu - Messini aldadıblar
Sportfm.az xəbər saytı

“Barsa”nın Neymara görə çıxış yolu - Messini aldadıblar


"Barselona” Neymarla bağlı ciddi problemlə üzləşmişdi. Braziliyalı futbolçuya Avropanın nəhəng klubları, o cümlədən "Real” fantastik məbləğdə müqavilə təklif edirdilər. Neymar "Barselona” ilə müqaviləni uzatmaq üçün məvacibinin artırılmasını tələb edirdi. Klub rəhbərliyi isə ona Messinin aldığındən artıq məvacib vermək istəmirdi. Bütün hallarda, Neymar "Barsa” ilə müqaviləni 2021-ci ilə qədər uzatdı.
Komanda.az xəbər verir ki, "Barsa” rəhbərliyi problemi həll etmək üçün yeni formul tətbiq edib. Bu formula görə, Neymar Messidən çox məvacib alacaq. Müqaviləyə əsasən, Neymarın illik məvacibi 15 milyon avrodu. Ancaq o, mövsüm ərzində əldə olunacaq nəticələrə - oyun sayına, vurulan qollara, qazanılan titullara görə də 10 milyon avro əldə edəcək.
Onun məvacibi 25 milyon avro təşkil eəcək ki, bu da Messinin aldığı vəsaitdən 3 milyona avro çoxdu. Məlumata görə, müqavilədə nəticələrələ bağlı qeyd olunmuş bənd formal xarakter daşıyır. Neymar nəticələrdən asılı olmayaraq, 10 milyon avronu əldə edəcək.

Oxşar xəbərlər

PSJ Neymara çəkdiyi xərc açıqlandı
"Real Madrid" Neymara illik 40 milyon avro məvacib təklif etdi
Neymar üçün iki ulduz və 60 milyon avro
Dünya futbolunda Neymar şoku
Messiyə 100 milyon təklif etdilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər