reklam
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı
Sportfm.az xəbər saytı

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı


"İnter Mayami"nin futbolçusu Lionel Messinin cangüdəni Yasin Çeuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

Amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatan “İnter Mayami” – “Meksika Atlas” matçının sonunda futbolçular arasında qalmaqal baş verib.

Mübahisə zamanı Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib. “İnter Mayami” də oyundan sonra cangüdəninin davranışına görə cərimələnib.

"Başa düşürəm ki, o, Messini azarkeşlərdən qorumaq üçün oradadır. Amma onun oyunçular arasında ünsiyyətə mane olmağa icazəsi yoxdur", - "Meksika Atlas" oyunçularından biri matçdan sonra deyib.

Martın sonunda Çeuko MLS matçlarından uzaqlaşdırılıb.

Oxşar xəbərlər

Lionel Messi kuboksuz qaldı - Konkakaf
Messi qol vurdu, "İnter Mayami" bərabərə qaldı
Messi "İnter Mayami"nin bərabərlik qolunu vurdu
“İnter Mayami” 500 min forma sifariş etdi - Lionel Messiyə görə
Serxio Busket "İnter Mayami"də - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər