reklam
Serxio Busket
Sportfm.az xəbər saytı

Serxio Busket "İnter Mayami"də -RƏSMİ


"İnter Mayami" Serxio Busketslə sözləşmə imzaladığını rəsmən açıqlayıb.
Sportfm.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilə qədər müqavilə imzalanıb.
İspaniyalı futbolçu MLS klubuna azad agent kimi keçib. O, may ayında müqaviləsinin müddəti başa çatdığı üçün "Barselona"dan ayrılmışdı.

Buskets bütün karyerasını Kataloniya təmsilçisində keçirib. O, son mövsümdə İspaniya çempionatında 30 matçda iştirak edib və 4 qolun ötürməsini verib.

Qeyd edək ki, bunadək "İnter Mayami" Serxionun "Barselona"da birlikdə çıxış etdiyi Lionel Messinin transferini açıqlamışdı .

Oxşar xəbərlər

Messi qol vurdu, "İnter Mayami" bərabərə qaldı
Messi "İnter Mayami"nin dəyərini 74 faiz artırdı
Messili "İnter Mayami" uduzdu
Messi ilk oyunda "İnter Mayami"yə qələbə qazandırdı
Mess i“İnter Mayami”də - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər