reklam
İdmançımız Avropa birinciliyində 3 medal qazandı
Sportfm.az xəbər saytı

İdmançımız Avropa birinciliyində 3 medal qazandı


Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev İspaniyanın paytaxtı Madriddə keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 2 qızıl, 1 gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

İkinci yarış günündə Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizə aparıb. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdənqaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. Musab təkanlaqaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.

Beləliklə, iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.

Oxşar xəbərlər

İdmançımız Dünya Kubokunda 2 qızıl qazandı
İdmançımız gümüş medal qazandı - Dünya çempionatı
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
İdmançımız qızıl medal qazandı
Cüdoçularımız 4 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər