reklam
Əmrullayev Türkiyə klubunun prezidenti ilə görüşdü
Sportfm.az xəbər saytı

Əmrullayev Türkiyə klubunun prezidenti ilə görüşdü


Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF rəsmiləri ilə Türkiyənin tanınmış qadın basketbol klublarından biri olan “Nəsibə Aydın”ın prezidenti Mirkan Aydın, bu klubun nümayəndələri arasında rəsmi görüş keçirilib.

Sportfm.az xəbər verir ki, görüşün əsas mövzusu iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri olub.

Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini də dəyərləndiriblər.

Emin Əmrullayev görüş zamanı Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və “Nəsibə Aydın” klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib.

Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını söyləyib.

Oxşar xəbərlər

Emin Əmrullayev FIBA-nın Konqresində
Əmrullayev Latviyanın sabiq prezidenti ilə görüşdü
Rövşən Nəcəf GFF prezidenti ilə görüşdü
Orxan Məmmədov TFF-nin prezidenti ilə görüşdü - FOTO
Emin Əmrullayev 9 saylı cəzaçəkmə müəssisəsində - lövhə istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər