Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Əmrullayev Latviyanın sabiq prezidenti ilə görüşdü
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev federasiyanın vitse-prezidenti Fərrux Mahmudovla birlikdə ölkədə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının (LBS) prezidenti Raymonds Veyonis və digər nümayəndələrlə görüşüb.
Sportfm.az xəbər verir ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.
Veyonis ABF-nin uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib.
Həmçinin, 3x3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından olub.
Sonda tərəflər bir-birilərinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Raymonds Veyonis 2015 - 2019-cu illərdə Latviyanın prezidenti olub. O, 2020-ci il yanvarın 21-də LBS prezidenti vəzifəsinə seçilib.

Oxşar xəbərlər
Əli Əsədov “Barselona”nın prezidenti ilə görüşdü
Rövşən Nəcəf GFF prezidenti ilə görüşdü
Basketbol Liqasında yeni mövsümünün açılış mərasimi keçirildi
Orxan Məmmədov TFF-nin prezidenti ilə görüşdü - FOTO
Azərbaycan Basketbol Liqası başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Turan Tovuz”un açılış günü açıqlandı
-
Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı
-
"Sumqayıt" uduzdu, "Şamaxı" qalib gəldi - Premyer Liqa
-
“Kəpəz” Şamaxıya yollanır, "Zirə" evdə oynayır - Premyer Liqa
-
16 ildən sonra futbol elitasına qayıtdılar - FOTO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA