reklam
Millimiz FİFA reytinqində gerilədi
Sportfm.az xəbər saytı

Millimiz FİFA reytinqində gerilədi


FİFA milli komandalarının iyul ayı üçün reytinq cədvəlini açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 3 pillə geriləyib.

Milli komanda 1148 xalla 119-cu yerdən 122-ci yerə düşüb.

Xatırladaq ki, Fernandu Santuşun komandası bu müddətdə iki yoldaşlıq oyunu keçirib: Latviya ilə qolsuz heç-heçə edən milli Macarıstana uduzub - 1:2.

Millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa 3-cü (1862 xal) Ukrayna 26-cı (1557 xal), İslandiya 74-cü (1337 xal) yerdədir.

Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir.

Oxşar xəbərlər

Millimiz daha 3 pillə gerilədi - FIFA reytinqi
Millimiz FİFA reytinqində irəlilədi
Azərbaycan millisi gerilədi - FİFA reytinqi
Millimiz 5 pillə gerilədi - FİFA reytinqi
Millimiz FIFA reytinqində gerilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər