reklam
Azərbaycan millisi gerilədi -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi gerilədi -FİFA reytinqi


FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Sportfm.az xəbər verir ki, aprel ayının reytinqinə əsasən, Azərbaycan milli komandası 1150,64 xalla 119-cu yerdə qərarlaşıb.

Yığmamız əvvəlki sıralama ilə müqayisədə 2 pillə geriləyib.

Siyahıya 1886.16 xalla Argentina liderlik edir. İspaniya 1854.64 xalla 2-cidir.

Azərbaycanın DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa 1852.71 xalla 3-cü, Ukrayna 1559.81 xalla 25-ci, İslandiya isə 1336.55 xalla 74-cüdür.

Qeyd edək ki, Azərbaycan millisi mart ayında Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə məğlub olub.

Oxşar xəbərlər

Yığmamız bir pillə irəlilədi - FİFA reytinqi
Millimiz 1 pillə irəlilədi - FİFA reytinqi
Azərbaycan millisi 2 pillə gerilədi - FIFA reytinqi
Azərbaycan yığması reytinq cədvəlinin 76-cı pilləsində
Millimiz FIFA reytinqində gerilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər