Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu stadion sizləri(AFFA), bizləri gözləyir - REPORTAJ
Azərbaycan Özbəkistanla birlikdə U-20 dünya Çempionatını keçirmək üçün namizdəliyini verib. Nə gözəl...
Bəs, Azərbaycanda 2027-ci ildə keçirilməsi planlaşdırılan bu mötəbər turniri keçirmək üçün stadionlar varmı?
İndi hamı durub deyəcək ki, Olimpiya stadionu, "Tofiq Bəhramov". Aydındı, onlar var, ancaq böyük tutuma malik Olimpiya stadionu və Respublika stadionu Bakıdadı, Gəncədə tikilir, Sumqayıt var. Digər bölgələrimizdə isə bir dənə də olsun belə stadion yoxdur.
Halbuki Bakıya cəmi 1 saatlıq məsafədə belə bir stadion var, sadəcə AFFA ona tərəf baxmalıdı, təmir etməlidi.
Bəli, söhbət Şirvan şəhər stadionundan gedir. Burda hər şey var, baza, tennis kortu, üzgüçülük hovuzu, mehmanxana, ehtiyat meydança, avtodayanacaq və s. bir sözlə ağzı günə qalan bu yeri görmək və ərsəyə gətirmək lazımdı.

Məkan olaraq, məsafə olaraq, ərazi olaraq ideal bir yer olan Şirvan şəhər stadionu illərdir viran qalıb. 2008-ci ildən sonra stadionda daş üstünə daş qoyulmayıb. Hazırda kompleks və stadion xarabalığa bənzəyir. İdman qurğsunun hansı qurumun tabeliyində olduğu da məlum deyil.
Bu mövsüm Şirvan şəhərinin komandasının İkinci Liqaya yüksəlməsi, klub rəhbərliyini, yerli futbolsevərləri çox həvəsləndirib. Minimal imkanlarla maksimal işlər görən "Şirvan" FK rəhbərliyi hər dəfə bu stadionunun yanından keçdikcə köksünü ötürür.
İndi təsəvvür edin, "Şirvan" komandası ev oyunları burda dolu tribunalar qarşısında oynayır, şəhərdə bir "futbol bumu" yaşanır, milli komandalarımız bura təlim-məşq toplanışlarına gəlir. Nə gözəl olardı, elə deyilmi! Olacaq, inanıram...
Araz Əhmədov

Oxşar xəbərlər
Tofiq Bəhramov stadionu mayda təmirə bağlanır - "Qarabağ" "köçür"
Ölkədə ən böyük stadion tikilir
Premyer Liqaya 10 doğma məkan - SİYAHI
Olimpiya Stadionundan bir ilk
Stadion üçün 70 milyon avro
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası