reklam
Stadion üçün 70 milyon avro
Sportfm.az xəbər saytı

Stadion üçün 70 milyon avro


Almaniya Bundesliqasında bu il debüt edən "Leyptsiq” uzun müddət turnir cədvəlinə liderlik edərək, bütün Avropanın diqqətini cəlb etdi.

Komanda.az xəbər verir ki, "Red Bull” şirkətinin sponsorluq etdiyi klub hazırda çıxış etdiyi şəhər stadionunu almağı planlaşıdırır. Bu barədə məlumatı Almaniyanın "Bild” nəşri yayıb. Şəhər stadionunda hazırda icarə əsasında oynayan "Leyptsiq” stadionu sərəncamına keçirmək üçün 70 milyon avro ödəməyə hazırdı.

Leyptsiq şəhər stadionu 1956-cı ildə istifadəyə verilib. İlk vaxtlar tutumu 10 min olan stadion sonradan genişləndirilib. Almaniyada təşkil edilən DÇ-2006-nın 5 oyunu məhz bu stadionda keçirilib.

2010-cu ildə stadionu icarəyə götürən "Leyptsiq” arenaya sponsorun - "Red Bull Arena” adını verib. Klub rəhbərliyi stadionu aldıqdan sonra tamaşaçı sayını 42 mindən 57 minə yüksəltməyi planlaşdırır.


Oxşar xəbərlər

Gəncə stadionu belə olacaq - FOTO
342 milyon avro xərcləyəcəklər - Təmir üçün
Bu gün AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanacaq
"Qalatasaray"ın futbolçusu üçün 18 milyon avro
"Bavariya" "Leyptsiq"i məğlub etdi -VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər