reklam
Sportfm.az xəbər saytı

"Zirə" - "Hayduk" oyununun vaxtı dəyişdirildi


UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin Bakıda "Hayduk"la (Xorvatiya) keçiriləcək oyununun vaxtı dəyişdirilib.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 24-də yox, 23-də keçiriləcək. Buna səbəb iyulun 24-də Bakıda "Araz-Naxçıvan"ın da Konfrans Liqası matçının olmasıdır. UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərdə iki oyun keçirilə bilməz. Buna görə də "Zirə"nin matçı bir gün əvvələ dəyişdirilib.

Oyun "Neftçi Arena"da keçiriləcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 31-də Xorvatiyada olacaq.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" - "Səbail" matçının yeri dəyişdirildi
"Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirildi
“Neftçi”nin oyununun başlama vaxtı dəyişdirildi
"Sabah"ın ilk oyununun vaxtı dəyişdirildi - Konfrans Liqası
"Sumqayıt"ın ilk oyununun vaxtı dəyişdirildi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər