Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam" -Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşıdan gələn “UFC Fight Night: Hill vs Rountree Jr.” turniri ilə bağlı fikirlərini bölüşüb və azarkeşləri azərbaycanlı döyüşçüləri dəstəkləməyə səsləyib.
Sportfm.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, o, döyüşlərin maraqlı məcrada keçəcəyinə inandığını söyləyib:
“Hamını iyunun 21-də Baku Kristal Zalına gəlməyə və azərbaycanlı döyüşçüləri dəstəkləməyə dəvət edirəm. Özüm də Bakıda keçiriləcək UFC turnirində olacam. Bu vacib anda döyüşçülərimizin yanında olmalı, onlara dəstək göstərməliyik. Kristal Zalda Azərbaycan azarkeşlərini görmək bizə xoş olardı. Avrokubok oyunlarında “Qarabağ”ın matçları zamanı stadionu 30-35 min azarkeş doldurur. Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik”.
“UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Turnirdə Azərbaycanı Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcək.

Oxşar xəbərlər
“Doğma divarlar arasında döyüşəcəm" - Rafael Fiziyev
Fiziyev Qurbanovla görüşdü - FOTO
Tofiq Musayev Azərbaycanda keçiriləcək UFC -də iştirak edəcək
"İyunun 21-i Bakıda olacağıq" - Dana Uayt
MMA döyüşçüləri ilə yeni müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin