reklam
“Doğma divarlar arasında döyüşəcəm
Sportfm.az xəbər saytı

“Doğma divarlar arasında döyüşəcəm" -Rafael Fiziyev


“Doğma divarlar arasında döyüşəcəm. Burada olduğum üçün xoşbəxtəm. Nazim Sadıxovla gəzintiyə çıxarkən hamı bizimlə şəkil çəkdirir. Bu, bizim üçün əlavə motivasiyadır”.

Sportfm.az xəbər verir ki, bunu UFC döyüşçüsü Rafael Fiziyev Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.

32 yaşlı azərbaycanlı rəqibi ilə döyüşdən bonus qazanmaq istədiyini söyləyib: “İqnasio şou göstərmək istəyirsə, buna sevinirəm. Əlavə bonus qazana bilərəm”.

O, boğucu fəndlə məğlub ola biləcəyinə inanmadığını əlavə edib.

Fiziyev çəki dərəcəsinin dəyişməsi barədə söz açıb: “Artıq bunu istəmirəm. Müayinələrdən keçdim və həkimlərə çəkimdə qalmağı məsləhət gördülər”.

O, döyüşün azarkeşlər üçün maraqlı olacağını qeyd edib: “Ayaqüstə olacağam və ya güləşəcəyəm, bunu bilmirəm. Bunlar döyüşün gedişatından asılıdır. Qafqazda hamının qanında güləşmək də var. Azarkeşlər üçün maraqlı döyüşün olması üçün hər şey etməyə hazıram”.

Qeyd edək ki, Rafael Fiziyev yüngül çəki dərəcəsində İqnasio Baxamondeslə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək

Oxşar xəbərlər

Fiziyev Qurbanovla görüşdü - FOTO
Tofiq Musayev Azərbaycanda keçiriləcək UFC -də iştirak edəcək
Ulduzlar Bakıya gəlir
"İyunun 21-i Bakıda olacağıq" - Dana Uayt
UFC döyüşçüsü Fiziyevə meydan oxudu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər