Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Tofiq Musayev Azərbaycanda keçiriləcək UFC -də iştirak edəcək
Tofiq Musayev Azərbaycanda keçiriləcək ilk tarixi UFC turnirində iştirak edəcək.
Sportfm.az xəbər verir ki, azərbaycanlı idmançı dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə müqavilə imzalayaraq UFC Fight Night: Hill vs Rountree turnirində döyüşəcək.
Onun rəqibi yüngül çəki dərəcəsində olan qırğızıstanlı döyüşçü Mıqtıbek Orolbaydır.
Beləliklə, Tofiq Musayev UFC ilə müqavilə imzalayan üçüncü azərbaycanlı döyüşçü olub.
Qeyd edək ki, turnir 21 iyunda Bakı Kristal Zalında keçiriləcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşü isə yüngül çəki dərəcəsində azərbaycanlı Rafael Fiziyevlə Çili təmsilçisi İqnasio Baxamondes arasında olacaq. Turnirin digər iştirakçılarından biri olan azərbaycanlı döyüşçü Nazim Sadıxov da oktaqona çıxacaq. O, braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.

Oxşar xəbərlər
Ulduzlar Bakıya gəlir
"İyunun 21-i Bakıda olacağıq" - Dana Uayt
UFC gecəsinə bilet satışı başladı
Sadıqovun UFC-də rəqibi bilindi
Tofiq Musayev rinqə qayıdır - “Rizin-28” turnirində döyüşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası