Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Olimpiya çempionumuz tatamiyə çıxır -Dünya çempionatı
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq.
Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə qarşılaşcaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Xatırladaq ki, daha bir Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) bu turnirdə gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Otari Kvantidze (Portuqaliya) ilə qarşılaşıb və uduzaraq mübarizəni erkən başa vurub.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq. Hələlik cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər
İki cüdoçumuz mübarizəyə qoşulur - Dünya çempionatı
Daha bir cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Hidayətdən gözlənilməz məğlubiyyət - Dünya çempionatı
Hidayət Heydərov və daha iki cüdoçu mübarizəyə başlayır
Cüdoçularımızın rəqibləri bilindi - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası