reklam
Hidayətdən gözlənilməz məğlubiyyət -
Sportfm.az xəbər saytı

Hidayətdən gözlənilməz məğlubiyyət -Dünya çempionatı


Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, yarışın 3-cü günündə kişilərdən Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzub. Bununla da o, dünya çempionatında mübarizəni erkən başa vurub.

Qeyd edək ki, 22 yaşlı Otari Kvantidze bir sıra beynəlxalq yarışda mükafatçılar sırasında yer alsa da, onun Avropa və dünya çempionatlarında hələlik titulu yoxdur.

Oxşar xəbərlər

Hidayət Heydərov və daha iki cüdoçu mübarizəyə başlayır
Hidayət Heydərov Avropa çempionatında iştirak etməyəcək
Cüdoçularımız dünya çempionatında mübarizəni dayandırdı
Dünya çempionu Hidayət Heydərov Vətənə döndü
Hidayət Heydərov dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər