Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Cüdo hakimləri praktiki seminarda iştirak etdi
İyunun 11-də Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub.
Sportfm.az xəbər verir ki, seminar çərçivəsində son yarışlarda yol verilmiş hakimlik səhvləri təhlil olunub, eyni zamanda 14–19 iyun tarixlərində keçiriləcək turnirlərə hakimlərin hazırlıq səviyyəsi qiymətləndirilib.
ACF prezidentinin müşaviri Natiq Bağırov və federasiyanın hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunan seminarın məqsədi hakimlərin nəzəri və praktiki biliklərinin möhkəmləndirilməsi, qarşıdakı yarışlarda isə daha peşəkar çıxışlarının təmin edilməsidir.
Seminarda əsas hakim heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlim prosesinə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.

Oxşar xəbərlər
Cüdo hakimləri üçün seminar təşkil olundu
Hakimlər üçün seminar təşkil edildi - FOTO
Azərbaycan nümayəndəsi ən yüksək hakimlik dərəcəsini qazandı
Qəbələdə cüdo hakimləri üçün seminar keçirildi - FOTO
Hakimlər və məşqçilər üçün seminar keçirilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin