reklam
Hakimlər üçün seminar təşkil edildi -
Sportfm.az xəbər saytı

Hakimlər üçün seminar təşkil edildi -FOTO


Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində hakimlər üçün praktiki seminar təşkil olunub.

Sportfm.az saytı ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim zamanı bu ildən Beynəlxalq Cüdo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalar təkrar olunub.

Həmçinin sabah start götürəcək 5 günlük Liqa yarışlarına (U-14 və U-17 Liqaları) hakimlərin son hazırlıq səviyyəsi yoxlanılıb. Təlim prosesi zamanı iştirakçılara praktiki tapşırıqlar təqdim olunub, yaranan suallar ətraflı şəkildə cavablandırılıb.

ACF-nin hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə baş tutan seminar referilərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, həmçinin qarşıdakı yarışlarda peşəkar çıxış üçün əlavə hazırlıq məqsədi daşıyıb.

Bu gün keçirilmiş seminarda hakimlərin əsas heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlimlərə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.

Oxşar xəbərlər

Cüdo məşqçilərinə seminar keçirildi - Kata üzrə
Bakıda cüdo məşqçiləri üçün seminar keçirildi
Hakimlər üçün növbəti seminar - FOTO
Taekvondo üzrə seminarlara start verildi
Hakimlər və məşqçilər üçün seminar keçirilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər