reklam
“Kəpəz” yeni mövsümə Gəncədə hazırlaşacaq
Sportfm.az xəbər saytı

“Kəpəz” yeni mövsümə Gəncədə hazırlaşacaq


“Kəpəz” növbəti mövsüm üçün yay təlim-məşq toplanışınının ilkin mərhələsini Gəncədə keçirəcək.

Sportfm.az xəbər verir ki, bu barədə açıqlamasında “sarı-göylər”in yeni baş məşqçisi Adil Şükürov məlumat verib.

Onun sözlərinə görə, hazırlığın doğma şəhərdə keçirilməsinin səbəbi qatar vasitəsilə Gürcüstana səfər edərək xarici klublarla yoxlama görüşləri keçirmək imkanından yararalanmaqdır: “Gözləyirik, qatar yolu açılsın. Qatarla gedib oynayıb, geri qayıtmaq mümkündür. Bilmirik, qatar yolu açılacaq, yoxsa o müddətə qədər açılmayacaq. Amma ümumu hazırlığı Azərbaycan daxilində keçirəcəyik”.

Şükürov toplanış müddətində ümumilikdə 5 yoxlama oyunu keçirmək niyyətində olduğunu bildirib: “İyulun 1-dən komanda toplanışa başlayacaq. Ona qədər bəzi futbolçulara baxmalıyıq. Ümumi 5 yoxlama görüşü keçirməyi planlaşdırırıq. Tarixləri tam dəqiqləşdirmədiyimiz üçün deyə bilməyəcəyəm.
Rəqiblər və onlarla razılıqdan aslıdır”.

Qeyd edək ki, Adil Şükürov “Kəpəz”lə 2+1 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Kəpəz"in yeni mövsüm üçün hazırlıq planı
“Kəpəz”in hazırlıq planı müəyyənləşdi
“Kəpəz” Türkiyəyə yollanır?
"Kəpəz" qış hazırlıq planında hara yollanacaq?
"Zirə" yay hazırlıq planını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər