Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ulduzlar Bakıya gəlir
UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bispinq UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Sportfm.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunacaq yarışın rəsmi şərhçiləri Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci əsas döyüşü isə Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.
Qeyd edək ki, turnir iyunun 21-də keçiriləcək.

Oxşar xəbərlər
"İyunun 21-i Bakıda olacağıq" - Dana Uayt
UFC gecəsinə bilet satışı başladı
Həbib Nurmaqomedov Azərbaycana gələcək
UFC Azərbaycana gəlir - Anlaşma
Məhəmməd UFC-nin yeni çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası