reklam
Tofiq Musayev rinqə qayıdır -
Sportfm.az xəbər saytı

Tofiq Musayev rinqə qayıdır -“Rizin-28” turnirində döyüşəcək


Azərbaycanın MMA idmançıları – Tofiq Musayevlə Vüqar Kərəmov uzun fasilədən sonra rinqə qayıdırlar.

Sportfm.az xəbər verir ki, onlar yenə Yaponiyanın “Rizin” təşkilatının yarışında çıxış edəcək. Hər iki idmançımız bu dəfə iyunun 13-də Yaponiyanın paytaxtı Tokioda baş tutacaq “Rizin-28” turnirində döyüş keçirəcək.

“Rizin”də 2019-cu ildə Qran Pri kəmərinə yiyələnmiş Tofiq Musayev bu dəfə yüngül çəkidə (-70 kq) turnirin titul döyüşünə çıxacaq. O, “Rizin” kəməri üçün braziliyalı “Satoşi” ləqəbli Roberto de Souza ilə döyüşəcək. Qarabağ Müharibəsində leytenant kimi qulluq etmiş Tofiqin 31 yaşlı rəqibi indiyədək keçirdiyi peşəkar 12 MMA döyüşündən 11-də qalib gəlib, 1-də uduzub. (oxu.az)

Oxşar xəbərlər

Tofiq Musayev yeni rinqdə - Müqavilə bağladı
Azərbaycanlı idmançılar karantinə alındı - Yaponiyada
MMA döyüşçümüz "Rizin 21"də uğurla debüt etdi
"Rizin"də daha bir döyüşçümüz
Həmyerlimiz Tofiq Musayevin möhtəşəm qələbəsi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər