
Reytinqdə yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster Azərbaycana gəlir
Mərhum azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə beynəlxalq superturnir keçiriləcək.
Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.
Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov ilə yanaşı, Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa) və bolqarıstanlı dünya çempionu Veselin Topalov iştirak edəcək.
Superturnirin reytinq favoriti ABŞ təmsilçisi Uesli So olacaq. Qrossmeyster hazırda Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2822 xalla 2-ci pillədə qərarlaşıb.
Vüqar Həşimov Memorialının direktoru, "Shamkir Chess 2017” Təşkilat Komitəsinin sədri Fərid Hüseynov yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib:
"Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess” turniri artıq ənənəyə çevrilib. Məşhur şahmatçıların iştirak etdiyi superturnir dördüncü dəfədi ki, Şəmkirdə təşkil olunur. Yarışın əsas məqsədi mərhum Vüqar Həşimovun xatirəsini yad etmək, eyni zamanda Azərbaycanda şahmatın inkişafına dəstək olmaqdır. Şəmkirdə qələbə uğrunda ən güclü qrossmeysterlər mübarizə aparacaq. İnanırıq ki, bu dəfə də şahmat həvəskarlarını bir-birindən maraqlı partiyalar və güzəştsiz mübarizə gözləyir.
Hər il məşhur şahmatçılarla Şəmkirə toplaşmağımız artıq ənənə halını alıb. Demək olar ki, Şəmkir artıq dünya şahmat şəhərləri siyahısına daxil olmağı bacarıb. Əcnəbi şahmatçılar əvvəlki yarışlarda təşkilatçılığı həmişə yüksək qiymətləndirib, "Shamkir Chess” turnirini böyük tarixə malik Linares və Veyk-An-Zee kimi yarışlarla müqayisə edib. "Shamkir Chess 2017” turnirinin də yüksək səviyyədə keçiriləcəyinə inanırıq".
Xatırladaq ki, 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) yarışın qalibi olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.
Turnirin təntənəli açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qarabağ"la Qurbanovdan rekordlar - Azərbaycan kuboku 29.05.2022, 15:30
Remzinin təzminatı razılaşdırıldı 29.05.2022, 14:20
Çimərlik güləşi - belə idmanda var 29.05.2022, 13:52
Bakıda keçirilən atıcılıq üzrə dünya kubokunun ilk qalibləri - FOTO 29.05.2022, 13:45
Azərbaycan kubokunda 30-cu sülh 29.05.2022, 13:18
Alman məşqçi danışdı: "Kifayət etmədi" 29.05.2022, 13:14
"Liverpul" - "Real" - 0:1 - VİDEO 29.05.2022, 12:58
Möcüzəli belçikalı - Finalın ən yaxşısı 29.05.2022, 12:21
"Qalib olmağa layiq idik" - qələbə şərhi 29.05.2022, 11:35

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 66 |
2 | Neftçi | 27 | 50 |
3 | Zirə | 27 | 46 |
4 | Qəbələ | 27 | 44 |
5 | Sabah | 27 | 40 |
6 | Şamaxı | 27 | 21 |
7 | Sumqayıt | 27 | 19 |
8 | Səbail | 27 | 15 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |