Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rusiya prezidenti Musayevi təbrik etdi
Rusiya prezidenti Vladimir Putin “Krasnodar”ın baş məşqçisi Murad Musayevi 2024/25-ci il futbol üzrə Rusiya çempionatının qalibi olması münasibətilə təbrik edib.
Sportfm.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Vladimir Putin Krasnodar diyarının qubernatoru və “Krasnodar” futbol komandasının baş məşqçisi Murad Musayevə zəng edərək onları “Krasnodar” komandasının Rusiya futbol çempionatında çempion olması münasibətilə təbrik edib”, - deyə məlumatda qeyd edilib.
Mayın 24-də “Krasnodar” Rusiya çempionatının 30-cu turunda “Dinamo”nu məğlub edib (3:0). Bunun sayəsində “Krasnodar” 2024/25 Rusiya çempionatında 67 xal toplayıb və ikinci olan “Zenit”i 1 xal qabaqlayaraq turnir cədvəlində birinci yeri tutublar.
“Krasnodar” tarixində ilk dəfə Rusiya çempionu olub. "Zenit" bundan əvvəlki altı mövsüm ardıcıl olaraq Rusiya çempionatının qalibi olub.

Oxşar xəbərlər
"Sabah"ın sabiq baş məşqçisi "Krasnodar"ı çempion etdi
Murad Musayev ən yaxşı məşqçi seçildi
Musayevin komandası çempion oldu
Murad Musayev "Krasnodar"la yeni müqavilə imzaladı
"Zenit" bunu 6-cı dəfə etdi - Rusiya çempionatının qalibi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası