Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Musayevin komandası çempion oldu
Rusiya Premyer Liqasında 14-cü tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, Bakının "Sabah" komandasının sabiq baş məşqçisi Murad Musayevin rəhbərlik etdiyi "Krasnodar" uğurlu çıxışını bu turda da davam etdirib. Onlar "Orenburq" üzərində 4:0 hesablı qələbə qazanıblar.
Bu nəticə ilə xalını 36-a yüksəldən "Krasnodar" 15-ci turun nəticəsindən asılı olmayaraq birinci dövrənin qalibi olub.
Qeyd edək ki, 16 komandanın mübarizə apardığı Rusiya Premyer Liqasında Murad Musayevin baş məşqçisi olduğu klubun ən yaxın izləyicisi 33 xala malik "Zenit"dir. Lakin şəxsi oyunlarda üstünlük "Krasnodar"ın tərəfindən olduğundan son turda qeydə alınacaq istənilən nəticə onun liderlik mövqeyinə təsir etməyəcək.
Xatırladaq ki, M.Musayev bu il fevralın 1-də "Sabah"dan ayrılıb. Mart ayında isə o, əvvəllər də çalışdırdığı "Krasnodar"ın baş məşqçisi təyin edilib.

Oxşar xəbərlər
Murad bu klubun tarixinə düşdü - UĞUR
Murad Musayev "Krasnodar"la yeni müqavilə imzaladı
"Kadinin oyun tərzi "Krasnodar"a uyğundur" - Murad Musayev
Rusiya klubu Murad Musayevi geri istəyir - İddia
"Sabah" rusiyalı futbolçunu baxışa dəvət etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası