Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah"ın sabiq baş məşqçisi "Krasnodar"ı çempion etdi
Rusiya Premyer Liqasının qalibi son turda müəyyənləşib.
Sportfm.az xəbər verir ki, "Krasnodar" klubu tarixində ilk dəfə ölkə çempionu olub.
Komanda bu hüquqa sonuncu turda "Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin rəhbərliyi ilə yiyələnib.
XXX turda Moskva "Dinamo"sunu qəbul edən "Krasnodar" 3:0 hesablı qələbə qazanıb. "Qarabağ"ın sabiq qolkiperi Andrey Lunyovun qoruduğu qapıdan topları Con Kordoba 47-ci, Nikita Krivtsov 82-ci və penalti ilə Eduard Spertsyan 90+9-cu dəqiqədə keçirib.
Bununla da xalını 70-ə çatdıran Musayevin komandası ən yaxın izləyicisi "Zenit"i 1 xal qabaqlayaraq, qızıl medallara sahib çıxıb. Son turda "Axmat"ı 3:0 hesabı ilə yenən Sankt-Peterburq komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal isə 59 xala malik MOİK-ə qismət olub.

Oxşar xəbərlər
Murad Musayev ən yaxşı məşqçi seçildi
Musayevin komandası çempion oldu
Murad bu klubun tarixinə düşdü - UĞUR
Murad Musayev "Krasnodar"la yeni müqavilə imzaladı
"Zenit" bunu 6-cı dəfə etdi - Rusiya çempionatının qalibi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası